"O aparıcı bir ay efirdə qarğa kimi banladı" - "Mənə toxunan adamların axırı pis olur"

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun təqdim etdiyi "ATV səhər" verilişinin guya onun göstərişi ilə bağlanılması barədə səsləndirilən iddialardan danışıb.

Komitə sədri Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür iddialar tamamilə yalandır:

"Turan kimdir ki, mən onu işdən çıxartdırım? O yalan danışır, başını da daşa döyür. Turanı, onun gicliyi işdən çıxartdırıb. Mən onunla bağlı heç kəsə müraciət etməmişəm. Əgər mən onunla bağlı harasa şikayət etsəydim, o zaman onun ağızını dərhal bağlayardılar. Amma bunu etmədim və o aparıcı bir ay efirdə qarğa kimi banladı. Səhər gəlib qabağına çay qoyub məni təhqir edirdi. Tərbiyəsiz adam idi. Axırda da işlədiyi telekanalı da biabır etdi".

A.Rəhimzadə deyib ki, ona qarşı səhv fikir söyləyən adamlar xeyr tapmırlar:

"Ümumiyyətlə, mənə toxunan adamların axırı pis olur. Çünki mən düz deyirəm, onlar isə əyri! Vaxtilə Şahin Ağabaəyli adında bir jurnalist də mənim haqqımda təhqiramiz fikirlər söyləyirdi. Mən də onu məhkəməyə verdim. Məhkəmə tərəfindən də onun səhv hərəkətlərə yol verməsi sübut olundu. O zaman ona 10 ay iş verilmişdi. Sonra cənab Prezident onu əfv etdi. Sonra o jurnalistin aqibəti hamıya məlumdur. Qəzaya düşdü. Odur ki, mənə qarşı çıxanların axırı bu cür olur".

Загрузка...

Xəbər lenti