Oğlan şagirdlərdən maraqlı etiraz - Yubka ilə məktəbə getdilər

Oğlan şagirdlərdən maraqlı etiraz - Yubka ilə məktəbə getdilər
İngiltərənin Çesire şəhərindəki Poynton liseyinin oğlan şagirdləri maraqlı aksiya keçiriblər.

"Qafqazinfo” "Habertürk”ə istinadən xəbər verir ki, havanın isti keçməsinə baxmayaraq şort geyinmələrinə icazə verilməyən oğlanlar yubka geyinərək bu qadağaya etiraz ediblər.

13-14 yaşlarındakı 7 şagird yubka ilə məktəbə gedərək diqqətləri üzərlərinə çəkiblər. Onlara valideynləri də dəstək veriblər.

Oğlan şagirdlər lisey rəhbərliyindən isti vaxtlarda şort geyinməyə icazə verilməsini istəyirlər.
Загрузка...

Xəbər lenti