Onlara siqaret, spirtli içki satılmayacaq - Yeni qadağa

Onlara siqaret, spirtli içki satılmayacaq - Yeni qadağa
Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Panorama.az xəbər verir ki, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.

Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.
Загрузка...

Xəbər lenti