Pakistanda dəhşətli istilər 65 can aldı

Pakistanda dəhşətli istilər 65 can aldı
Pakistanda anomal isti hava üzündən 65 nəfər dünyasını dəyişib.

Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, bazar ertəsi, mayın 21-də Karaçi şəhərində havanın temperaturu 44 dərəcəyə qədər yüksəlib.

Qeyd olunur ki, bu şəhər üçün may ayında normal temperatur təxminən 35 dərəcədir.

Temperaturun aşağı düşməsi, mütəxəssislərin fikrincə, yalnız iyun ayının ortalarında gözlənilir.

2015-ci ildə bu ölkədə 1300 nəfər anomal istilərin qurbanı olub.
Загрузка...

Xəbər lenti