Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı

Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı
Rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsovun Axar.az-a müsahibəsi:

– Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacizadə Rusiya XİN nümayəndəsinin Abxaziyada Qarabağ separatçıları ilə görüşünə görə Moskvaya etiraz ediləcəyini və bu görüşün regionda sülhə xidmət etmədiyini bildirdi. Bu diplomatik açıqlamaya Rusiya XİN sözçüsü Mariya Zaxarova qeyri-diplomatik və sərt cavabı Rusiyanın İrəvana son günlər artan qayğısını gündəmə gətirdi. Sizcə, Paşinyan hakimiyyətə gələndən sonra Kreml rəsmi İrəvana dəstəyini artırıb?

- Mən sizin sadaladığınız hadisələri kəskin dəyərləndirməkdən çəkinərdim. Lakin doğrusu, hərbi münaqişənin iştirakçı olan dövlətin digərinin getdikcə artan aqressiv hərəkətlərinə bir başqa reaksiya verməsini gözləmək sadəlövhlük olardı: rəsmi Bakı və Azərbaycan mətbuatının mövqeyi xalqınızın indiki halda Moskva və İrəvanın sözügedən hərəkətlərindən qaynaqlanan narahatlığını obyektiv əks etdirir.

– Üstəlik, Ermənistana "Tor2” sistemlərinin verilməsinə başlanılıb. Bunun nəticəsi olaraq İrəvanda artıq Naxçıvanla bağlı iddialar səsləndirilir və Naxçıvan istiqamətində əsgərimiz şəhid olur...

– Mənim qənaətimə görə, Cənubi Qafqaz regionundakı vəziyyətə ən böyük təhdidi sadalananlardan başqa Naxçıvan ərazisində Azərbaycan ordusunun hərbi qulluqçusunun qətlə yetirilməsi faktı yaradır. Belə ki, bu ərazidə cəbhə xətti Azərbaycanla Ermənistan arasında dövlət sərhədidir. Bu insidentə dövlət sərhədlərini tənzimləyən 1921-ci il Moskva və Qars müqavilələrinə söykənən beynəlxalq sistemdən baxılır. Məhz bu səbəbdən yeni - Rusiya və Türkiyənin bu münaqişəyə biləvasitə cəlb olunması təhlükəsi gündəmə gəlir (doğrusu, bu təhlükə daim mövcud olub – O.K.). Bu halda adı çəkilən ölkələrin münaqişə tərəflərinə dəstək verəcəkləri qaçılmaz hala çevriləcək. Müvafiq olaraq Türkiyə Azərbaycan tərəfinə, Rusiya isə Ermənistana keçəcək. İlin əvvəlindən mən arxasında ABŞ siyasi elitasının dayandığı rəsmi İrəvanın buna cidd-cəhd və səylər etdiyi barədə daim çıxışlar etmişəm. Onların əsas məqsədi Rusiya ilə Türkiyənin yaxınlaşmasına mane olmaq, Türkiyəni NATO-da saxlamaq və Rusiyanın beynəlxalq təcridini dərinləşdirməkdir. Bu gün Ermənistan ABŞ tərəfindən Rusiyaya qarşı çıxış edir, lakin çox təəssüf ki, Moskva bunu başa düşmür.

– Moskvanın Qarabağ probleminə yanaşmasının dəyişmə ehtimalı mövcuddurmu?

– Mənim cavabım neqativdir. Münaqişənin cərəyan etdiyi bütün dövr ərzində Rusiyanın mövqeyi tam trotskiçi, yəni "nə hərb, nə sülh” olub və bu mövqe dəyişməz olaraq qalacaq. Bu da İrəvana hərbi-siyasi üstünlük verir.

Lakin son vaxtlar Moskvaya əvvəllər olmayan başqa hərbi-siyasi faktorlar təsir göstərməyə başlayıb və bu səbəbdən Kremlin bu məsələdə mövqeyi dəyişikliklərə məruz qalmalıdır. Əks halda Kremli diplomatik sahədə daha bir məğlubiyyət gözləyir.
Загрузка...

Xəbər lenti