Paşinyan: “Ermənistanda heç kəs hakimlərə göstəriş verə bilməz”

Paşinyan: “Ermənistanda heç kəs hakimlərə göstəriş verə bilməz”
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkədə heç kəs hakimlərə göstəriş verə bilməz və hökumətin müstəqil məhkəmə sisteminn qurulması ilə bağlı siyasi iradəsi var.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Paşinyan Facebook-dakı səhifəsində video-müraciəti zamanı bildirib:

"Bu gün Ermənistanda müstəqil məhkəmə sisteminin formalaşması üçün siyasi iradə var. Hakimlərə qanunsuz təsir göstərmə, eləcə də hakimlərin rüşvət qismində qəbul etdikləri subyektiv qərarlar da yolverilməzdir. Hər iki halda günahkarlar məsuliyyətə cəlb olunacaq. "Qırmızı xətt”i keçmək olmaz”.
Загрузка...

Xəbər lenti