“Paşinyan ətraf rayonları qaytara bilər, ən təhlükəlisi budur ki...” - Yevseyev

“Paşinyan ətraf rayonları qaytara bilər, ən təhlükəlisi budur ki...” - Yevseyev
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Paşinyanın Qarabağa hansı məqsədlə gəldiyi açıqlanmır.

Panorama.az virtualaz.org-a istinadən bildirir ki,bunun iki əsas səbəbi ola bilər-Dağlıq Qarabağdakı hərbi-polis rejiminin üzləşdiyi siyasi böhran və Bako Saakyanın istefaya məcbur edilməsinə aparan proseslər; erməni tərəfinin günlərdir Azərbaycanın təmas xəttinin Ağdam və Füzuli istiqamətlərinə "iri qoşun qruplaşması cəmləşdirməsi" ətrafında yaranmış panik vəziyyət.

Hansı ki, Xankəndindəki qondarma rejim bu "cəmləşməni" Azərbaycanın hərbi əməliyyatlara hazırlaşması kimi təqdim edir. Və qondarma rejimin bu təşvişi Paşinyanın "mən qarabağlı deyiləm, ona görə də Dağlıq Qarabağın adından danışıq apara bilmərəm" bəyanatı ilə bir vaxtda yaranıb.
Erməniyönümlü rusiyalı hərbi ekspert, ənənəvi olaraq Azərbaycana qarşı Rusiya erməni çevrələrinin təbliğat aləti kimi istifadə olunan, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev "rusarminfo" portalına növbəti açıqlamasında deyir ki, Nikol Paşinyan qeyri-standart siyasətçidir və hələlik onun Qarabağ istiqamətində hansı addım atacağını təxmin etmək çətindir.

"İndi başa düşmək çətindir ki, erməni tərəfi bu məsələdə hansı addımları atacaq, çünki Nikol Paşinyan və onun hökuməti tapmacadır. Paşinyanın Qərbə çox ümid bağlaması Ermənistan üçün pis zarafat ola bilər. Paşinyan Qərbin köməyini, onun Azərbaycana mümkün təzyiqlərini və özünün Ermənistandakı nüfuzunu lazım olandan artıq dəyərləndirə bilər, nəticədə güc komponenti ilə kifayət qədər möhkəmləndirilməmiş addımlar atar. Mən bunu nəzərdə tuturam ki, Paşinyan bufer zonasına daxil olan ərazilərin (ətraf rayonların) qaytarılmasına gedə, bu isə bütün Qarabağın itirlməsi ilə nəticələnər"-Yevseyev deyib.
Rusiyalı ekspertin fikrincə Paşinyan Serj Sərkisyanın qərar vermədiyi bu addımı atmağa qadirdir və onun bütün məsuliyyəti indidən Xankəndinin üzərinə atması ən təhlükəli
Загрузка...

Xəbər lenti