Paşinyan generalı işdən qovdu

Paşinyan generalı işdən qovdu
"Movses Akopyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olunacaq".

Panorama.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib.
 
"Mən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin işdən azad olunması ilə ilə əlaqədar prezidentə təklif vermişəm. Qərar qarşılıqlı razılıq əsasında qəbul ediləcək", - deyə N.Paşinyan bildirib.
 
Paşinyan həmçinin onu da qeyd edib ki, yeni Baş Qərargah rəisi bu gün təyin olacaq.
Загрузка...

Xəbər lenti