Paşinyan Qarabağla bağlı danışıqlara hazır deyil – RƏY

Paşinyan Qarabağla bağlı danışıqlara hazır deyil – RƏY
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır. O bir tərəfdən Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib, digər tərəfdən isə "danışıqlarda separatçılar da iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm” deyib tutub.

Oxu.Az xəbər verir ki, bu fikirləri azərbaycanlı politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Paşinyan bu məsələdə Qərbin, hətta güvəndikləri Rusiyanın dəstəyini ala bilməyəcək. 
"İllərdir formalaşan format var və Paşinyanın xaricində kimsə bu formatın dəyişməsini istəmir. Paşinyan dediyindən dönməsə, ona qarşı istifadə edəcəyimiz arqument bəllidir. 

Birincisi torpaqlarımızı Ermənistan işğal edib, ona görə də yaxalarını kənara çəkə bilməzlər. İkincisi, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur, ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı azərbaycanlı icması da iştirak etməlidir”, - politoloq bildirib.

Ekspert qeyd edib ki, Nikol Paşinyan bleflə məşğuldur.

"O yəqin bilir ki, onun təklifi keçməyəcək, heç bu gün Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. "Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq” deyən Lavrovun sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq.

Nikol Paşinyanın məqsədi diqqəti həll prosesindən yayındırmaqdır. Paşinyanın iqtidarı zəifdir. Ona görə də o Qarabağ danışıqlarına hazır deyil, növbədənkənar parlament seçkisinə qədər vaxtı uzatmağa çalışır. O indiki kövrək parlamentlə ciddi addımlar atmağa risk etmir”, - deyə Şahinoğlu qeyd edib.
Загрузка...

Xəbər lenti