Paşinyana Bakıdan gözlənilməz zərbə... - Öz quyusuna düşdü

Paşinyana Bakıdan gözlənilməz zərbə... - Öz quyusuna düşdü
Xəbər verildiyi kimi, "Assoşeyted Press", "Agens France Press" və bir qrup digər aparıcı media orqanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etmək üçün icazə istəmişdilər.

Panorama.az Musavat.com-a istinadla xəbər verir ki, Ermənistanın yeni baş naziri Paşinyan İrəvan meydanlarında yaşadığı populizmi Qarabağa da daşımaq istəyirdi. Amma beynəlxalq media bu addımı ilə Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə hörmətini nümayiş etdirdi. Azərbaycan tərəfi də ölkə qanunlarına hörmət əsasında media azadlığına hörmətini və dəstəyini bir daha nümayiş etdirmiş oldu.

Məlumata görə, məlum hadisələr vaxtı İrəvanda olan BBC, CNN, "Əl-Cəzirə", "Vol Strit Jurnal", "Euroasia.net" və digər media qurumları Paşinyanı müşayiət etmək üçün işğal olunmuş ərazilərə getməyəcəklərini Azərbaycan tərəfinə açıq bildirib. Başqa sözlə desək, getməyənlər getməyib, gedənlər isə Azərbaycanın razılığı ilə gediblər.

Paşinyanın Qarabağda keçirdiyi mətbuat konfransında onun qarşısına qoyulan mikrofonların sayından kimin Qarabağa gedib - getmədiyini müəyyən etmək çox asandı. Oradakı mikrofonların sanki hamısını elə erməni mediası təşkil edirdi.

Bizə görə, Azərbaycana qarşı informasiya savaşında Paşinyan ilk zərbəsini aldı. Bunun ardınca isə növbəti zərbə gəldi. Paşinyanın Qarabağda keçirdiyi mətbuat konfransında işğal olunmuş ərazilərə Azərbaycanın razılığı ilə səfər edən xarici jurnalistlərdən biri ona Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması barədə gedən danışıqlar barədə sual verdi. Bunu özünə qarşı provokasiya adlandıran Paşinyan özündən çıxaraq hətta Qərb jurnalistini təhqir etməkdən belə çəkinmədi. Dünənə qədər özü jurnalist olan adam indi məmur qiyafəsində jurnalisti kobud cavabla təhdid etdi.

Ən maraqlısı isə Azərbaycanın icazəsi ilə işğal olunmuş ərazilərə səfər edən "Associated Press" agentliyinin müxbiri Davit Keytonun hazırladığı reportajdır. Nəzərə almaq lazımdır ki, AP-in hazırladığı reportajlar dünyanın bütün aparıcı media orqanları tərəfindən dərhal götürülür və istinadla yenidən çap edilir.

Davit Keyton Paşinyanın Qarabağa səfərini Azərbaycana qarşı provokasiya adlandırır. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə öz reportajında yer verərək, Ermənistanın yeni baş nazirinin ilk addım kimi ölkə əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək, siyasi təbliğata üstünlük verdiyini yazır.

Ən vacibi isə odur ki, AP-in bütün dünyaya yayılan bu reportajında Ermənistanın Azərbaycana qarşı təcavüz törətdiyi qeyd olunur. Müəllif Azərbaycan XİN-ə istinadən yazır: "Azərbaycana qarşı birbaşa hərbi təcavüzün məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək prinsipini təhrif edir”.

Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın iqtisadi problemlərini şərtləndirir və bu kimi məsələlər də Paşinyanın tərəfdarları üçün əsas mövzudur. Münaqişəyə görə Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistanın xarici ticarətini məhdudlaşdırır və Ermənistan özünü yarıtəcrid vəziyyətinə salır.

Hasil olan nəticə odur ki, Paşinyan propoqanda məqsədilə Azərbaycana qarşı planlaşdırdığı tələyə özü düşdü.
Загрузка...

Xəbər lenti