Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ

Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ
Bu gün Ermənistan parlamentinin xüsusi iclasında baş nazir Nikol Paşinyan yeni hökumətin proqramını açıqlayıb.

Publika.az xəbər verir ki, proqramda Dağlıq Qarabağla bağlı punkt diqqət çəkir.

Proqramda deyilir ki, hökumətin xarici siyasətdə əsas məqsədi Ermənistanın müstəqilliyinin müdafiə və Qarabağın təhlükəsizliyinin təmin olunmasıdır.

"Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu formatında sülh yolu ilə həll olunmalı, hüquqi bərabərlik və "xalqların öz müqəddəratını təyin etmə” prinsipi əsas götürülməlidir”, - deyə proqramda bildirilir.

Bununla yanaşı, Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini də proqrama daxil edib: "Qarabağ münaqişənin əsas tərəfi kimi danışıqlar prosesində həlledici səsə malik olmalıdır”.

Beləliklə, Ermənistan münaqişə zonasında müharibəyə səbəb olacaq məsələni rəsmiləşdirmiş oldu. Ekspertlər yeni baş nazir Nikol Paşinyanın Qarabağla bağlı bu populist addımının cəbhədə toqquşmaya səbəb olacağını hesab edirlər. Rusiyalı ekspertlər isə İrəvanın sülh prosesinin əleyhinə işləyən bu gedişinin Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməkdən başqa yol qoymayacağını deyirlər.

Загрузка...

Xəbər lenti