Paşinyanın 5 ölkənin prezidentinə MÜRACİƏTİ: “Azərbaycana silah satmayın”

Paşinyanın 5 ölkənin prezidentinə MÜRACİƏTİ: “Azərbaycana silah satmayın”
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə baş tutan iclasına qatılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Qarabağ münaqişəsi ilə bağlı üzv ölklərin başçısına müraciət edib.

"Mümkün gərginliyin qarşısını almaq üçün KTMT-a üzv ölkələrdən Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoyun”.

Ermənistanın baş naziri Azərbaycanın Suriyada məğlub olmuş terrorçu qruplar üçün uyğun ərazi ola biləcəyi ilə bağlı absurd fikir də səsləndirib.  

Xatırladaq ki, 1992-ci ildə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Ermənistan üzvdür.  
loading...

Xəbər lenti