Pentaqon rəhbəri Trampla mübahisə edib istefa verdi

Pentaqon rəhbəri Trampla mübahisə edib istefa verdi
ABŞ-ın müdafiə naziri, "quduz köpək” ləqəbli döyüş generalı Ceyms Mettis prezident Donald Trampla neçə vaxtdır davam edən mübahisədən sonra istefa bəyanatı verib. Virtualaz.org xəbər verir ki, Mettis istefa ərizəsini dekabrın 20-də Trampa təqdim edib və orada prezidentlə fikir ayrılıqlarının olduğunu göstərib.

"Siz müdafiə naziri vəzifəsinə baxışları sizin baxışlarınızla daha çox uyğjun gələn birini təyin etmək haqqına maliksiniz. Hesab edirəm mənim üçün doğru olanı istefa verməkdir”-Ceyms Mettis yazıb.

İstefa məktubunda müdafiə nazirinin prezidentlə fikir ayrılıqlarının bəzi məqamları əksini tapıb. Mettis bildirib ki, prezidentin ABŞ-ın müttəfiqlərinə qarşı münasibəti onu qane etmir. Belə ki, Tramp dəfələrlə ABŞ-ın müttəfiqlərini tənqid edib, amma rəqibləri və düşmənləri ilə oyun oynayıb.

"Mənim mövqeyimə görə müttəfiqlərə hörmətlə yanaşmaq zəruridir və düşmənlərə, habelə strateji rəqiblərə münasibətdə aydınlıq olmalıdır”-Ceyms Mettis yazıb.

Amerika KİV-ləri bildirir ki, Ceyms Mettis Trampın Şimali Koreya, İran və Rusiya ilə münasibətlər məsələsində tutduğu ziddiyətli mövqedən narazı idi.

Müdafiə nazirinin istefası Trampın Amerika qoşunlaının Suriyadan çıxarılmasına dair gözlənilmədən imzaladığı əmrin ertəsi gün baş verib. Məlumatlara görə Tramp bu qərarı Pengtaqonla məsləhətləşmədən verib və belə görünür ki, Mettisin daha onunla birlikdə işləməyə səbri qalmayıb.

Müdafiə nazirinin istefaya gediyini prezident Tramp özünün Tvitter bloqunda bildirib. O, Mettisin müdafiə naziri postunda göstərdiyi xidmətləri yüksək qiymətləndirib və tezliklə yeni müdafiə naziri təyin edəcəyini qeyd edib. Mettis müdafiə naziri postundan rəsmən fevralın 20-də ayrılacaq.

Qeyd edək ki, Trampın prezidentliyinin 2 ili ərzində onun komandasından çoxsaylı səs-küylü istefalar və işdən çıxarılmalar baş verib. Təkcə onu qeyd etmək kifayətdir ki, bu müddətdə Tramp iki dövlət katibi dəyişib.
loading...

Xəbər lenti