Piyada ölümünə səbəb olan məmur "getdi": yeri hələ də boşdur

Piyada ölümünə səbəb olan məmur
Ötən il Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəza törətmiş Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovun yerinə vakansiya elan edilib.

Panorama.az axar.az-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında qəza törədən şöbə müdiri Z.Bəylərov hadisədən sonra bir müddət vəzifəsini icra edib. Lakin avqustda onun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalanıb. İndi isə İcra Hakimiyyəti Z.Bəylərovun yerinə işçi axtarır.

Z.Bəylərov bununla təxminən bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş qardaşı Vidadi Bəylərovun taleyini yaşamış olub.

Belə ki, Tərtər RİH başçısının müavini olmuş V.Bəylərov da vəzifəsindən məhz dogma oğlunun ölümlə nəticələnən qəza törətməsindən sonra azad edilmişdi. V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər rayon icra başçısının müavini V.Bəylərov işdən azad edilmişdi.

Z.Bəylərov isə ötən il Tərtər rayonunda "Toyota Land Kruiser” və KİA avtomobillərinin toqquşması ilə baş verən qəzanın iştirakçısı olmuşdu. Hadisə nəticəsində KİA-nın sürücüsü Elşad Abbasov ölmüş, daha iki nəfər isə xəsarət almışdı.

Загрузка...

Xəbər lenti