Polad Bülbüloğlunu Yunis Səfərovla nə birləşdirir? - VİDEO

Polad Bülbüloğlunu Yunis Səfərovla nə birləşdirir? - VİDEO
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və onun cangüdənini güllələyən Yunis Səfərovun şəxsi həyatı ilə bağlı yeni detallar ortaya çıxıb.

Əldə olunan məlumata görə, Yunis Səfərovun anası Leyla İsmayılova Moskvadakı yeganə Azərbaycan təmayüllü 157 saylı Kərim Kərimov adına orta məktəbin kitabxanaçısı olub. Məktəb sonradan rus məktəbi kimi fəaliyyətini davam etdirdiyindən Leyla İsmayılova da oradakı işi ilə vidalaşmalı olub. Moskvadakı mənbələrin verdiyi məlumata görə, 157 saylı məktəbin təmayülünün dəyişdirilməsinə əsas səbəb burada FETÖ təşkilatının kitablarının yayılması olub.

İnterpress.Az və Yenicag.Az saytlarının əldə etdiyi videoyazıda həmin məktəbdə keçirilən bir tədbir öz əksini tapıb. Məktəbdə müəlliflərindən birinin Yunis Səfərovun anası Leyla İmayılovanın olduğu Azərbaycan dili dərsliyinin təqdimat mərasimi keçirilir. Hadisə 2009-cu ildə olub və mərasimi giriş çıxışı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açır. Daha sonra kitabın həmmüəllifi digər şəxslər çıxış edərək Moskvadakı Azərbaycan məktəbinin işindən və nailiyyətlərindən danışırlar.

Lakin maraqlıdır ki, Polad Bülbüloğlu açıqlamasında adıçəkilən şəxsləri tanımadığını bildirib.

Xatırladaq ki, iyul ayının 3-də Yunis Səfərov Gəncə Mərkəzi univermağının qarşısında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edərək onu güllələləmişdi. Hazırda Yunis Səfərov polis tərəfindən həbs edilib, Elmar Vəliyev isə aldığı xəsarətdən müalicə olunmaq üçün İsrailə aparılıb.

Həmin videonu oxucularımıza təqdim edirik:
 


Xəbər lenti