"Prezident İlham Əliyev dedi ki, səni "Maşın" şoudan niyə çıxarıblar?" - Rəfael Dadaşov

"2007-ci ildə Murad Dadaşovun "Maşın” şousunda iştirak etdim. Bir neçə sənətkarlar saqqımızı oğurladı ki, ancaq aktyorlar olacaq, amma yalan imiş. Tünzalə Ağayeva məni oyundan çıxardı. Çox anlaşılmaz bir durum idi. İndiyədək hamı soruşur ki, səni oyundan niyə çıxardı?".

Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Rəfael Dadaşov "5/5" verilişində qonaq olarkən deyib. Aktyor ölkə başçısı İlham Əliyevlə görüşündən və ona ev hədiyyə etməsindən danışıb:

"Həmin ərəfədə Respublika günü münasibətilə mayın 25-də "Gülüstan" sarayında sənət adamlarını bir araya yığdılar. Həmin il ulu öndər Heydər Əliyevin ad günündə mənə ev verilmişdi. Fürsət axtarırdım ki, Prezidentə təşəkkür edim. Tədbirdə gəzirdim ki, İlham Əliyev məni görsün. Gördü, dedi ki, Rəfael, yaxın gəl. Yaxınlaşdım ki, təşəkkür edəm, özü açdı söhbəti. Qayıtdı ki, gördüm masanın üstündə məktub var, Rəfaelin evi yoxdur. Dedim necə yoxdur? Dedim ki, Rəfaelə ev verin.

Sonra qayıtdı ki, səni "Maşın” şoudan niyə çıxartdılar? Hamı gülməyə başladı. Çaşdım, dedim ki, cənab Prezident, baxırsınız? Dedi ki, o gün təsadüfən kanallara  baxırdım, gördüm ki, "Maşın” şou gedir və Rəfaeli çıxardılar. Səni layiq olmadığın halda niyə çıxardılar? Sən neyləmisən?

Dedim ki, cənab Prezident, oyundur, kimisə çıxarmalıdırlar. Qayıtdı ki, yox, səni niyə çıxardılar? Bu, düz deyil, səni oyuna qaytarsınlar. Dedi ki, Bəylər, Rəfaeli oyuna qaytarın (gülür). Oyunun sonuna da üç gün qalmışdı. Dedim ki, cənab Prezident, nəyə qayıdıram? Bir maşından ötrü? Sizin əlinizdə bir maşın nə olan şeydir ki? Demək istəyirəm ki, Prezidentimiz diqqətlidir. Verilişə də baxır, maraqlanır".//Axşam.az
loading...

Xəbər lenti