Prezident Murad Köhnəqalaya ev bağışladı

Prezident Murad Köhnəqalaya ev bağışladı
Yazıçı-şair Murad Köhnəqalaya mənzil verilib.

Bakupost xəbər verir ki, bu barədə şair özü "Facebook" hesabında yazıb. O bildirib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət öz bəhrəsini verib: "Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm!

Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! 

Qoy həmişə günəş olsun!"
loading...

Xəbər lenti