Prezidentdən 13,7 milyon manatlıq SƏRƏNCAM

Prezidentdən 13,7 milyon manatlıq SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 13,7 milyon (on üç milyon yeddi yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Загрузка...

Xəbər lenti