Prezidentdən Anar Ələkbərova tapşırıq

Prezidentdən Anar Ələkbərova tapşırıq
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova ərazidə zeytun və şam ağacları əkilməsi barədə göstəriş verib. Prezidentin A.Ələkbərovla dialoqunu təqdim edirik:

Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?

Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.

Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.

Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.

loading...

Xəbər lenti