Prezidentin təltif etdiyi məşhur kimdir?

Prezidentin təltif etdiyi məşhur kimdir?
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Göyçayev "Şöhrət” ordeni ilə təltif edilib.

Kult.az xəbər verir ki, xalq artisti, dirijor Teymur Ənvər oğlu Göyçayev 1958-ci ilin 11 avqustunda anadan olub.

T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini 1981-ci ildə fərqlənmə diplomu ilə bitirib, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak edib və laureat adı qazanıb. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləyib, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

O, 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını alıb. Dəfələrlə Prezident Mükafatına layiq görülüb.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.


Xəbər lenti