Prezidentlər bir ay ərzində ikinci dəfə danışdı - Gərginlik yenidən artır?

Prezidentlər bir ay ərzində ikinci dəfə danışdı - Gərginlik yenidən artır?
Rusiya prezidenti Vladimir Putin Ukraynalı həmkarı Pyotr Poroşenko ilə bir ay ərzində ikinci dəfə telefonla danışdığı bildirilib.

Panorama.az xarici mətbuata istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətindən bildiriblər ki, ikitərəfli görüşün Kiyevin təşəbbüsü ilə həyata keçirildiyini, iki liderin əsirlərin mübadiləsi və hər iki ölkədəki ombudsmanların əsirlərlə görüşməsi kimi məsələlərin müzakirə edildiyi qeyd edilib.

Bildirilib ki, müzakirə edilən digər məsələ isə Minsk razılaşmaları olub. Rusiya prezidenti, Minsk müqavilələrinin alternativsiz olma xüsusiyyətini vurğulayıb və Minsk təmas qrupu ilə "Normandiya Dördlüyü" arasındakı müzakirələrin səmərəliliyini artırmağın vacibliyinə diqqət çəkib.

Putinin həmçinin Donbasdakı vəziyyətin pisləşməsi və Ukrayna təhlükəsizlik qüvvələrinin hücumlarla bağlı olaraq mülki itki sayındakı artım məsələsində duyduğu narahatlığı dilə gətirdiyi vurğulanıb.
 
 Liderlərin həmçinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xüsusi Monitorinq Missiyasının qorunması istiqamətindəki BMT vəzifə qrupunun yaradılmasını nəzərdə tutan Rusiya təşəbbüsü haqqında fikir mübadiləsi apardığı ifadə edilib.
 
 İki lider, 9 iyunda keçirdiyi görüşdə isə Donbasdakı vəziyyəti və Ukraynada həbs olunan RİA Novosti Ukrayna Baş Redaktoru Kiril Vışinskiynin vəziyyətindən söz açıblar.
Загрузка...

Xəbər lenti