“Putin Paşinyana tapşırıb ki, “get, oradakıları başa sal...” - Baş nazirin Qarabağ səfərinin pərdəarxası

“Putin Paşinyana tapşırıb ki, “get, oradakıları başa sal...” - Baş nazirin Qarabağ səfərinin pərdəarxası
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvadan qayıdan kimi dərhal Qarabağa səfər etdi və Azərbaycanla təmas xəttinədək gəldi. Nə baş verir, Paşinyanın Qarabağöa qəfil səfəri təsadüfdürmü?

"Görünən odur ki, Nikol Paşinyan kimlərinsə sifarişin yerinə yetirir”. 

Bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini şərh edərkən deyib.

E.Məmmədov bildirib ki, ümumilikdə Paşinyanın birbaşa Dağlıq Qarabağa səfəri müəmmalıdır:

"Burada müxtəlif varinatlar ola bilər. O haqda konkret, birmənalı fikir söyləmək düzgün olmaz. Çünki hər şey ola bilər. Bu gün Rusiya ilə Azərbaycanın münasibətləri kifayət qədər normal səviyyədədir. Ona görə müsbət tərəfin də fikirləşmək olar. Axı cənab prezident də Moskvaya getdi, Putinlə görüşdü, müzakirələr aparıldı. Bəlkə tarixin bu dövründə Rusiya ədalətli mövqe tutub və ədalətli qərar vermək haqqında düşünüb. Və tapşırıq verib ki, "get oradakıları da başa sal ki, siz Azərbaycan torpaqlarını işğalda saxlamaq gücündə, iqtidarında deyilsiz. Bizim də fikrimizdə yoxdur”. Bəlkə Putin bu tapşırığı verib? Ancaq pisi də ola bilər. Arzu edək ki, yaxşı variantdır”.

Deputatın sözlərinə görə, hələ ki, müxtəlif istiqamətdə oyunlar gedir: "Oyun necə nəticələnəcək onu indidən söyləmək çətindir. Guya Dağlıq Qarabağım danışıqlarda iştirak etməsi kimi sərsəmləmələri də var. Ancaq Paşinyan da hələ ki birbaşa Rusiyanın adamı hesab olunmur. O, Qərbin adamı kimi hakimiyyətə gəlib. Ancaq Ermənistan Rusiyanın nəzarətindədir, Qərbin nəzarətində deyil. Yəni bizim Rusiya ilə olan əməkdaşlığımızı, tərəfdaşlığımızı, münasibətlərimizi nəzərə alsaq və Lavrov - "Kələntərov” mane olmasa, bəlkə də Putin məsələyə müsbət yanaşır. Bəlkə də o, Paşinyana daha konstruktiv tapşırıqlar verərək Dağlıq Qarabağa göndərib. Hər halda dəqiq fikir söyləmək çətindir, gediş göstərəcək”.
Загрузка...

Xəbər lenti