Putindən Paşinyana ismarış: “Rusiyadan asılı olduğunuzu unutmayın”

Putindən Paşinyana ismarış: “Rusiyadan asılı olduğunuzu unutmayın”
Rusiyada futbol üzrə dünya çempionatı bu gün start götürür.

"Ölkə.Az” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev də açılışda iştirak etmək üçün Moskvada səfərdədir. Dünən Rusiya prezidenti İlham Əliyevi qəbul edib. Bir gün sonra isə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüş keçirib.

Politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında Putinlə Paşinyanın görüşünü şərh edib:

"Putin dünən Azərbaycan prezidenti ilə görüşdə belə bir cümlə işlətmişdi: "İqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir”. Yəni "problem yoxdur” demək istəyib”. 

Ekspert qeyd edib ki, Putin Ermənistanla da iqtisadi əlaqələrin artım tempindən məmnundur. 
"Kreml sahibi Paşinyanla görüşdə də diqqəti cəlb edən cümlə işlədib:

"Münasibətlərimizin strateji xarakterini və əməkdaşlığımızın müxtəlif istiqamətlərini nəzərə alaraq görüşlərimizə hər zaman ehtiyac var”. Bu cümləni belə də oxumaq olar: "Birincisi, Rusiyadan asılı olduğunuzu unutmayın.

İkincisi, tez-tez görüşməliyik ki, sizin atacağınız addımlardan əvvəlcədən xəbər tutum”. Başqa sözlə Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Kreml İrəvan üzərindəki nəzarətini azaltmayacaq”.
Загрузка...

Xəbər lenti