Putini nakauta salan qadın - FOTOLAR

Putini nakauta salan qadın - FOTOLAR

Bir neçə gün öncə baş tutan Soçi Zirvəsinin ardından Rusiya prezidenti Vladimir Putin idman salonlarından birinə gedərək, milli cüdoçularla görüşüb.

"Panorama.az" Qaynarinfoya istinadən xəbər verir ki, cüdo üzrə qara kəmər sahibi olan Putin paltarını geyinərək tatamiyə çıxıb. 2016-cı ildə qızıl medal qazanan Beslan Mudranovlaqarşılaşan prezident rəqibini məğlub edib. Bundan sonra o, qadın cüdoçu Nataliya Kuziutinlə döyüşüb.

Rusiya KİV-lərində Nataliya Kuziutin Putini nakauta salan cüdoçu kimi təqdim edilib. Nataliya onunla döyüşdüyü üçün prezidentə təşəkkürünü bildirib.

Sosial şəbəkə hesabında Putinlə şəklini paylaşan Nataliya bunları yazıb: "Prezident Putinə təşəkkür edirəm. Zirvədə olduqca gərgin müzakirələrdən sonra məşq üçün vaxt tapdı. Ölkəmizin bir nömrəli cüdoçusu ilə bir dəfə daha qarşılaşmaqdan son dərəcə məmnunluq duydum".

Rusiyanın Belarus və Ukrayna ilə sərhəddində yerləşən Bryansk şəhərində doğulub böyüyən Nataliya Kuziutin 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiadasında Rusiyanı təmsil etməyə hazırlaşır. 4 qat Avropa çempionu olan Nataliya ilk beynəlxalq dərəcəsini 2009-cu ildə 19 yaşı olanda Tiflisdə keçirilən Avropa çempionatında alıb. 52 kiloqram çəkidə mübarizə aparan Nataliya 2010, 2014 və 2017-ci illərdə keçirilmiş cüdo üzrə dünya çempionatında bürünc medalın sahibi olub, 2012-ci ildə keçirilmiş London Yaya Olimpiadasında isə ilk turda rəqibinəməğlub olaraq, mübarizəni dayandırıb.

13:30 \ Sosial

 
loading...

Xəbər lenti