Putinin Almaniya Dövlət Təhlükəsizlik Nazirliyindəki vəsiqəsi üzə çıxdı — FOTOLAR

Putinin Almaniya Dövlət Təhlükəsizlik Nazirliyindəki vəsiqəsi üzə çıxdı — FOTOLAR
Rusiya prezidenti Vladimir Putinin Şərqi Almaniyanın KQB-si olan Ştazidə işlədiyi dövrdə ona verilən vəsiqə üzə çıxıb.
"Ölkə.Az” xəbər verir ki, vəsiqə Almaniyanın Drezden şəhərindəki arxivlərdə KQB və Ştazi arasındakı əməkdaşlığa dair araşdırma zamanı tapılıb.
Şərqi Almaniyada Sovet İttifaqının agenti kimi işləyən Putin vəsiqəni 1985-ci ildə alıb. Vəsiqəyə əsasən, Putin Ştazi binalarına girib-çıxa bilir amma bu onlar üçün casusluq etdiyi mənasına gəlmir.

Kremlin mətbuat katibi Dmitri Peskov da Ştazi vəsiqəsi ilə bağlı deyib:

"SSRİ dövründə KQB və Ştazi partnyor olub. Bu səbəbdən belə vəsiqələrin verilməsi normaldır”.
Qeyd edək ki, Putin 1985-ci ildə, 33 yaşı olanda Şərqi Almaniyaya təyin edilib. O, Şərqi Almaniyada kommunist rejiminin çökdüyü 1989-cu ilə qədər Drezdendə KQB agenti kimi işləyib. Onun qız övladı da burada dünyaya gəlib. 

Vəsiqənin üstündəki möhürlər kartın üç aydan bir yeniləndiyini sübut edir. Stalinin kartı niyə Drezdendə qoyub gəldiyi bilinmir.
 
 



Загрузка...

Xəbər lenti