Qadın jurnalist 20 illik karyerasını atdı, yanğınsöndürən oldu

Qadın jurnalist 20 illik karyerasını atdı, yanğınsöndürən oldu
BBC kanalının aparıcılarından biri Beksi Barr kanaldakı işini atıb və atasının yolunu davam etdirərək, Lankaster yanğınsöndürmə idarəsində çalışmağa qərar verib. Lankaster şəhərində yaşayan 41 yaşlı qəzetçi 20 illik jurnalistika karyerasının ardınca sentyabrda yanğınsöndürənlik etməyə başlayacaq. 

Beksi Barrın atası Roy Barr da 20 il boyunca eyni yerdə yanğınsöndürənlik etmişdi. Xanım Barr yeni karyerasının onu həm həyəcanlandırdığını, həm də qorxutduğunu bildirib. Sabiq jurnalist deyib ki, jurnalistikanı hələ də sevir: "Amma təxminən 20 ildir ki, bu peşəni həyata keçirirəm və bir dəyişiklik etməyə hazıram”.

20+ yaşından qəzetçilik etməyə başlayan Barr daha öncə Bloomberg və CNBC-də çalışıb. Barr deyib ki, insanların sizə hekayələrini danışması üçün etibar etməsi böyük bir üstünlükdür: "Ən çox da bundan ötrü darıxacağam”. Amma Barr vurğulayıb ki, artıq fərqli bir karyera əldə etmək, sıfırdan yeni bir peşə öyrənmək zamanı gəlib.

 

musavat.com 

loading...

Xəbər lenti