Qaladakı qəzada ölənlər dəfn edildi — Qonaq gedirlərmiş... - FOTO

Qaladakı qəzada ölənlər dəfn edildi — Qonaq gedirlərmiş... - FOTO
Noyabrın 17-də Xəzər rayonunda baş verən dəhşətli qəzada ölən 4 nəfər Şamaxının Qızmeydan kəndində torpağa tapşırılıb.
"Ölkə.Az" "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - Hidayət Hümbətov və Vüqar Dadaşovun idarə etdikləri "VAZ-2105" və "BMW" markalı avtomobillər toqquşub.

Hadisə nəticədə H.Hümbətov və qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb. Hadisə zamanı maşında olan H.Hümbətovun həyat yoldaşı Reyhan Sədullayeva və 5 yaşlı Əli isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
H.Hümbətov ailə üzvləri ilə həmin gün qızıgilə qonaq gedirlərmiş. Bunu "Qafqazinfo"ya açıqlamasında H.Hümbətovun oğlu Rəhman Hümbətov deyib. Onun sözlərinə görə, qəza baş verəndən sonra "BMW"in sürücüsü tərəfindən heç kim Hümbətovlar ailəsiylə maraqlanmayıb.

"Xəstələrimiz xəstəxanada qalıb. Maddi imkanımız da yoxdur. Anamın vəziyyəti yaxşı deyil. 10-RE-081 dövlət nömrə nişanlı "BMW"in sürücüsü Vüqar isə həbs edilməyib. Hazırda işin istintaqını Bakı Şəhər Baş Polis İdarəsi aparır", deyə o, qeyd edib.

loading...

Xəbər lenti