"Qarabağ" gözlənilməzi etdi - Mustafa Dənizli

Türkiyənin əfsanəvi məşqçisi Mustafa Dənizli "Qalatasaray"ın 21-ci çempionluğundan danışıb.

Panorama.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Qalatasaray"ın "Ali Sami Yen" stadionunu "Türk Telekom"a dəyişməsinə baxmayaraq uğurlu çıxışını davam etdirməyini xüsusi ilə vurğulayıb. Dənizli bunu "Arsenal"ı Venger zamanında stadion dəyişikliyindən sonra bu uğuru davam etdirə bilməməklə müqayisə edib. 

Mütəxəssis futbolda gözlənilməz nəticələrdən də danışıb. M.Dənizli bu zaman "Qarabağ"ın "Atletiko Madrid"lə oyunlarına diqqəti çəkib:

"Atletiko Madrid" "Qarabağ"la oyunlarda 4 xal itirdi. Amma gəldi Avropa Liqasının qalibi oldu. "Qarabağ" gözlənilməzi bacardı. Bu gün futbol sürpriz nəticələrlə doludur.
Загрузка...

Xəbər lenti