“Qarabağ”da gözlənilməz yoxlama - Oyuna bir gün qalmış

Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) əməkdaşları Avropa Liqasının növbəti qrup oyununa hazırlaşan "Qarabağ”ın düşərgəsində olub.
Oxu.Az xəbər verir ki, AMADA-nın nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq-testdən keçməli olduğunu bildiriblər.
Bu səbəbdən bu gün Ukraynanın "Vorskla” klubu ilə oyunun protokolunda adı olacaq yeddi futbolçu – Abdellah Zubir, Ansi Aqoli, İnosent Emeqara, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Araz Abdullayev və Simeon Slavçev bir otağa salınaraq, ümumi hazırlıqdan kənar saxlanılıb.
"Qarabağ” təcili olaraq UEFA ilə əlaqə saxlayıb və bu yoxlamanın səbəbi ilə maraqlanıb. Qitə futbol qurumundan yoxlamadan xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda, tövsiyə olunub ki, yoxlamalara mane olunmasın, əks halda klub dörd illik cəzalana bilər.
Məsələ ilə bağlı AMADA ilə əlaqə saxladıq. AMADA-nın rəhbəri Şəfəq Hüseynli Oxu.Az-a açıqlamasında bu məsələnin bu qədər şişirdilməsinin düzgün olmadığını bildirib:
"Bu, tam normal hadisədir. Başa düşmədim ki, bu məsələ niyə belə qabardıldı. Sadəcə olaraq, "Qarabağ”ın mətbuat katibi bu barədə sosial şəbəkədə yazdı və məsələ şişdi. Düzdür, sonradan onu sildi. Amma belə söz-söhbətlər yarandı.
AMADA-nın rəhbəri Şəfəq Hüseynli
Əslində, dopinq kontrolu problemsiz şəraitdə keçmişdi. İdmançılar bunu normal qarşıladılar. AMADA-nın hər bir zaman dopinq test götürməyə ixtiyarı var. Biz bu zaman dopinq test götürülməsi ilə bağlı hər bir qurumdan – WADA-dan tutmuş, UEFA və yerli assosiasiyadan sifariş ala bilərik”.
AMADA-nın direktoru bu məsələ ilə bağlı "kimdən sifariş almışdınız” sualımıza belə cavab verib:
"Kimdən sifariş almağımızı açıqlaya bilmərik. Bu, tam məxfidir. Biz bu məsələni sifariş, araşdırma və ya öz planımıza uyğun edə bilərik – bunlar hamısı konfidensial məsələlərdir və AMADA-nın daxili işi sayılır.
Ad açıqlansa, həmin qurum və ya ölkəni pis vəziyyətdə qoya bilərik. May ayında qəbul olunmuş Avropa Anti-dopinq qaydaları məxfiliyə üstünlük verir. Həmin açıqlamaya görə çox böyük məbləğdə cərimələnə bilərik”.
Şəfəq Hüseynli onu da bildirib ki, bu futbolçulardan götürülmüş ilkin testlər müsbət çıxacağı halda, növbəti prosedurlara başlanılacaqdı. Lakin adıçəkilən oyunçularda test nəticələri neqativ olduğundan sonrakı mərhələyə ehtiyac qalmayıb.
Xəbər lenti
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
-
14:47Yanvarın 1-dən qüvvəyə minir - ölkə üzrə 190 manat təsdiq olundu
-
14:46Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE
-
12:45Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər
-
12:43"Harda nəyi danışdığınıza fikir verin!" - Dadaşlinski Cümşüd Nuriyevi danladı
-
12:21Maşın sahiblərinə ŞAD XƏBƏR — Etibarnamə verilməsi asanlaşdı - VİDEO
-
12:20Tanınmış aktyora AĞIR İTKİ
-
12:19Sabahdan idxal edilən avtomobil benzininə 15% rüsum tətbiq ediləcək
-
12:19Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər - Tələbələrin nəzərinə!
-
12:18Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ
-
12:14"Ətraf mühitin Daun sindromlu uşaqlara təsiri böyükdür"
Digər xəbərlər
-
İDMAN
"Qarabağ" qrupdan çıxa bilmədi - VİDEO
-
İDMAN
“Qarabağ” Avropa Liqasının rekordçusu ilə üz-üzə
-
İDMAN
İbrahimoviçi belə ələ salan olmamışdı - VİDEO
-
İDMAN
“Bizim üçün çox vacib oyundur” - Qurban Qurbanov
-
İDMAN
Ən yaxşı baş məşqçilərin reytinqi açıqlandı - Qurbanov neçəncidir?
-
İDMAN
Elxan Məmmədov: "Gedəcəyim təqdirdə hər şey düzələcəksə..." - VİDEO
-
İDMAN
“Qarabağ”a qol vurub anasına doğru qaçdı - VİDEO
-
İDMAN
Türkiyə Avro-2020-nin final mərhələsində!
-
İDMAN
ÇL tarixində ilk – final matçı Avropadan kənarda