«Qarabağ» ardıcıl 5-ci dəfə çempion oldu — Azərbaycan futbolunda Qurban Qurbanov rekordu

«Qarabağ» ardıcıl 5-ci dəfə çempion oldu — Azərbaycan futbolunda Qurban Qurbanov rekordu

«Qarabağ» klubu futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

«Report»un məlumatına görə, Ağdam təmsilçisi buna XXIV turda «Sumqayıt»ı 1:0 hesabı ilə məğlub etməklə nail olub.

Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da «Qarabağ» mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan «Qəbələ» üçün əlçatmaz olub.

Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.

Daha bir maraqlı məqam. Bununla 46 yaşlı Qurban Qurbanov həm də baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb.

Belə ki, indiyədək rekordun yeganə sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.

Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı — Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıblar.

Загрузка...

Xəbər lenti