"Qarabağı Azərbaycana qaytarmağa hazırdır" – Petrosyana şok ittiham

Erməni Milli Konqresinin nümayəndəsi Zoya Tadevosyan Azərbaycan rəsmisi kimi çıxış edir.

Panorama.az teleqraf.com-a istinadla xəbər verir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi Davit Babayan belə deyib.

Babayanın sözlərinə görə, son zamanlar Ermənistanda Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı fikir səsləndirənlərin sayı çoxalıb:

"Bu tendensiya bizi qorxudur. Bu xanımı da dinlədim, o, erməni dilində düşünmür, özünü Azərbaycan rəsmisi kimi aparır".

Babayan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi partiyanı Azərbaycanın maraqlarına xidmətdə ittiham edib və qeyd edib ki, həmin siyasi qüvvələr fürsət düşən kimi Qarabağı Azərbaycana qaytarmağa hazırdırlar.

Qeyd edək ki, Erməni Milli Konqresi Partiyasının üzvü Zoya Tadevosyan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini və geri qaytarılmasının vacib olduğunu bildirib.

O, hesab edir ki, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdləri Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər.

Tadevosyanın fikirləri Ermənistanda etirazlara səbəb olub.
Загрузка...

Xəbər lenti