“Qarabağ”ın Avroliqanın qrupundakı rəqibləri müəyyənləşir

“Qarabağ”ın Avroliqanın qrupundakı rəqibləri müəyyənləşir
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Monakodakı Qrimaldi Forumda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ”ın da rəqibləri müəyyənləşəcək.

Əvvəlki mövsümlərlə müqayisədə, indi Ağdam komandası üçüncü səbətdə yer alacaq. Bu isə o deməkdi ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqiblərindən biri daha aşağı reytinqli komanda olacaq.

Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olacaq. 2018/19 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu püşk zamanı səhnədə olacaq.

Bakı vaxtı ilə saat 15.00-da başlanacaq mərasimdə Avropa Liqasının 2017/18 mövsümünün ən yaxşı futbolçusu da açıqlanacaq. Bu ad uğrunda Dieqo Qodin, Antoine Qrizmann (hər ikisi "Atletiko”, İspaniya) və Dimitri Payet ("Marsel”, Fransa) mübarizə aparır.

Beləliklə, 48 klubun 4 səbətə bölgüsü belə aparılıb:

1-ci səbət: "Sevilya” (İspaniya), "Arsenal” (İngiltərə), "Çelsi” (İngiltərə), "Zenit” (Rusiya), "Bayer” (Almaniya), "Dinamo” (Kiyev, Ukrayna), "Beşiktaş” (Türkiyə), "Zaltsburq” (Avstriya), "Olimpiakos” (Yunanıstan), "Vilyarreal” (İspaniya), "Anderlext” (Belçika), "Latsio” (İtaliya)
2-ci səbət: "Sportinq” (Lissabon, Portuqaliya), "Lüdoqorets” (Bolqarıstan), "Kopenhagen” (Danimarka), "Marsel” (Fransa), "Seltik” (Şotlandiya), PAOK (Yunanıstan), "Milan” (İtaliya), "Genk” (Belçika), "Fənərbağça” (Türkiyə), "Krasnodar” (Rusiya), "Astana” (Qazaxıstan), "Rapid” (Vyana, Avstriya)
3-cü səbət: "Betis” (İspaniya), "Qarabağ” (Azərbaycan), BATE (Borisov, Belarus), "Dinamo” (Zaqreb, Xorvatiya), "Leyptsiq” (Almaniya), "Ayntraxt” (Frankfurt, Almaniya), "Malmö” (İsveç), "Spartak” (Moskva, Rusiya), "Standard” (Lyej, Belçika), "Sürix” (İsveçrə), "Bordo” (Fransa), "Renn” (Fransa)
4-cü səbət: "Apollon” (Kipr), "Rusenborq” (Norveç), "Vorskla” (Poltava, Ukrayna), "Slaviya” (Praqa, Çexiya), "Akhisar Belediyespor” (Türkiyə), "Yablonets” (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton” (Macarıstan), "Reyncers” (Şotlandiya), "Düdelanj” (Lüksemburq), "Spartak” (Trnava, Slovakiya), "Sarpsborq” (Norveç)

fanat.az
Загрузка...

Xəbər lenti