“Qarabağ”ın qapıçısı Bakıda adam vurdu

“Qarabağ”ın qapıçısı Bakıda adam vurdu
"Qarabağ”ın futbolçusu Hanes Haldourson Bakıda qəza törədib.

Oxu.Az xəbər verir ki, İslandiya millisinin qapıçısı Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub.

Yaralanan şəxs hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı "Qarabağ”ın qapıçısı idarə etdiyi, 10 UC 909 nömrə nişanlı "Volkswagen Tuareg” markalı avtomobillə vurub.

Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və "Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a açıqlamasında xəbərsiz olduğunu, məsələni araşdırdığını bildirib.

Qeyd edək ki, bu məsələni ilk olaraq Publika.az saytı ictimailəşdirib. 

Загрузка...

Xəbər lenti