“Qarabağ”ın qapıçısını İsveçrədə rüsvay etdilər - VİDEO

“Qarabağ”ın qapıçısını İsveçrədə rüsvay etdilər - VİDEO
"Qarabağ”ın qapıçısı Hanes Haldorson Azərbaycanda oynamağa başladıqdan sonra İslandiya millisində ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, İslandiya millisi UEFA Millətlər Liqasının A divizionunun II qrupunda ilk oyununu səfərdə dünya çempionatında 1/8 finaladək irəliləmiş İsveçrə yığmasına qarşı keçirib.

Haldorson sonadək adalıların qapısını qoruyub. Lakin İsveçrənin çərçivəyə endirdiyi səkkiz zərbədən altısı qol olub. İsveçrənin daha iki qolu isə oyundankənar vəziyyətə görə sayılmayıb. 

Beləliklə, dünya çempionatı iştirakçısı, mundialda Lionel Messinin penaltisini qaytarmış Hanes Haldorson isveçli baş məşqçi Erik Hamrenin debüt matçında qapısından altı cavabsız top buraxıb.
 

Загрузка...

Xəbər lenti