"Qarabağ"ın rəqibləri bəlli oldu - "Arsenal" Bakıya gəlir

Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, püşkatma nəticəsində Avroliqada yeganə təmsilçimiz olan "Qarabağ”ın da rəqibləri müəyyənləşib.

E qrupunda yer alacaq Ağdam təmsilçisi İngiltərənin "Arsenal”, Portuqaliyanın "Sportinq” və Ukraynanın "Vorskla” komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin ilk turunun oyunları sentyabrın 8-də baş tutacaq
Загрузка...

Xəbər lenti