Qaşıqçı ilə bağlı “Əl-Cəzirə”dən sensasiyalı iddia

Qaşıqçı ilə bağlı “Əl-Cəzirə”dən sensasiyalı iddia
Qətərin "Əl-Cəzirə” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçı barədə şok iddia irəli sürüb.

Baş prokurorluqdakı mənbələrə istinad edən kanal konsulun iqamətgahındakı hidroxlorik turşusunun izlərinin aşkarlandığını bildirib.

"Əl-Cəzirə”nin mənbələrinə görə, Qaşıqçının parçalanmış cəsədi baş konsul Məhəmməd Uteybinin iqamətgahındakı otaqlardan birində turşuda əridilib.

Qeyd edək ki, Camal Qaşıqçının cəsədinin yeri rəsmi olaraq hələ açıqlanmayıb.

Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı "Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.

İndiyə kimi, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb./publika.az

Загрузка...

Xəbər lenti