Qaşıqçının dostu cinayətin DETALLARINI açdı: "Hər şey dörd günün içində oldu"

Qaşıqçının dostu cinayətin DETALLARINI açdı:
"Qaçıqçı konsulluqda sorğuya çəkilməyib. Onun ölüm təlimatı birbaşa öldürmək və öldürülüdüksən osra cəsədin bir şəkildə məhv etmək üzərinə verilib. Bu, vəhşilikdən də vəhşilikdir. Yaxında ona qiyabi bir yas məraismi təşkil edərik. ortada bir cəsəd olmasa belə, qiyabi cənazə namazı İslamda müstəhəbdir".

Panorama.az Publika-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Ədalət və İnkişaf Partiyasının sədrinin köməkçisi, səudiyyəli jrunalist Camal Qaşıqçısının dostu Yasin Aktay ölkəsinin medisasına verdiyi müsahibədə deyib.

Müsahibəsində Camal Qaşıqçının son sözləri, cinayətin necə planlandığı, cəsədin tapılıb-tapılmayacağı və Səudiyyə Ərəbistanı baş hakiminin  İstanbula səfərindən tutmuş ABŞ-ın məsələyə münasibətinə dair bir çox mövzuda öz bilgilərini paylaşıb.

"Hər şey dörd günün içində olub: planlanıb və həyata keçirilib. Camal təhdid edildiyini yaxınlarına bildirmişdi. MKİ-nin başçısına belə dinlədilən səs yazısında Camal konsulluğa girər-girməz "boğuluram” deyib. Bu da o deməkdir ki, onu sorğuya çəkməyiblər. Onu təhdid etmək, onunla bazarlıq etmək, onu qorxutmaq istəməyiblər Birbaşa öldürməyə çalışıblar.

Səudiyyə Ərəbistanının bəzi rəsmilərinin işin içində olduğu qətidir. Şübhəli on beş nəfər, onsuz da, ali səlahiyyətlidir. Ancaq cinayəti gerçəkləşdirənlər də daxil olmaqla, başınabuyruq işlər görəcək insanlar deyil. O zaman daha da ali səviyyəni düşünmək lazım.

Ərəbistanlı baş hakim bizim əlimizdəki məlumatları aparmağa gəlib. Bu hakimin dövründə də ədalət gözləmək həddən artıq optimizm olar. Bu hakimin vəzifədə olduğu dövrdə Səudiyyə Ərəbistanında üç minə yaxın insan sadəcə düşüncələrindən, daha doğrusu, düşünmədiklərindən dolayı günahlandırılıblar. Həbs olunan insanlar sadəcə müxalif olduqları üçün deyil, iqtidarı yetərincə dəstəkləmədikləri üçün içəridədirlər. Bu gün o ölkədə heç kim susmaq haqqından belə istifadə edə bilmir, nəinki, danışmaq. Belə bir ölkənin baş hakimindən Türkiyənin başlatdığı istintaq əməliyyatlarına hansı faydanın veriləcəyi gözlənilə bilər? O, buraya sadəcə əlimizdə olanları almağa, cinayətkarların lehinə danışmağa gəlib. Onları qoruyur, şübhəlilər üçün zaman qazanmağa çalışır...” – Yasin Aktay açıqlayıb.

Qeyd edək ki, "Vaşinqton Post" qəzetinin əməkdaşı, ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğuna daxil olub və orada qətlə yetirilib. Cəsədi ilə bağlı isə hələ də konkret məlumat yoxdur.



Xəbər lenti