Qatarla toqquşan avtobusun marşrut xətti daşıyıcıdan alındı

Qatarla toqquşan avtobusun marşrut xətti daşıyıcıdan alındı
160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan etibarən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə "Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki,oktyabrın 1-də 160 nömrəli avtobusun qatarla toqquşması nəticəsində dəhşətli qəza baş vermişdi. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanmışdı.

Загрузка...

Xəbər lenti