Qazaxıstanda məmurlar xidməti avtomobillərdən imtina etdi

Qazaxıstanda məmurlar xidməti avtomobillərdən imtina etdi
Astanada məmurlar qara xidməti avtomobillərini ekonom-taksilərlə əvəzləyib. 

Qazaxıstan KİV-i xəbər verir ki, hazırda şəhər idarəçiləri və dörd rayonun nümayəndələri işə "Astana Taxi” şirkətinin avtomobilləri ilə gedirlər. 

Taksilərdən istifadə beş il ərzində milyard təngə (2,7 milyon dollar) qənaətə səbəb olacaq. 64 ədəd xidməti avtomobil isə məktəb və xəstəxanalara veriləcək. 

Yerli taksi sürücüsünün fikrincə, yerli məmurlar çox tez-tez Nazirlər Evinə gedirlər.

©Oxu.az

Загрузка...

Xəbər lenti