Qazaxıstanın adı dəyişdirilə bilər

Qazaxıstanın adı dəyişdirilə bilər
"Ak Jol” partiyasını parlamentdə (Qazaxıstanın) təmsil edən deputatlar hakimiyyətə Qazaxıstan Respublikasının adını Qazax Respublikasına dəyişdirməyi təklif edib.

Oxu.Az  xəbər verir ki, bu barədə "Nur.kz” məlumat yayıb.

Məlumata əsasən, partiyanın lideri Azad Peruşayev baş nazir Bakıtjan Saqintayevə  göndərdiyi sorğunun mətnini oxuyub.

 "Qazaxıstan” adından istifadə etməklə yanaşı, ölkəmizə əvvəlki "Qazax Respublikası” adının qaytarılması məsələsinə baxılmasını təklif edirik. Hər şeyi öz adı ilə adlandırmaq lazımdır, qaranı qara, ağı ağ, qazaxları – qazaxlar”, - deyə Peruşayev vurğulayıb.

Загрузка...

Xəbər lenti