Qazaxlar erməniləri ölkədən qovurlar - İRƏVAN TƏŞVİŞDƏ

Qazaxlar erməniləri ölkədən qovurlar - İRƏVAN TƏŞVİŞDƏ
Karaqanda şəhərində 23 yaşlı qazax gəncin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yanvarın 6-da keçirilən izdihamlı mitinqdən sonra Qazaxıstan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında danışıq aparılıb.

Veteninfo.az Qazaxıstanın xəbər saytlarına  istinadla xəbər verir ki, yanvarın 7-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnatsakayan Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulova zəng edərək bu insidentin millətlərarası münaqişəyə çevrilməsinin qarşısının alınmasını xahiş edib.

Ermənistan XİN-in yaydığı bəyanatda qeyd olunur ki, "tərəflər yaranan vəziyyətin çox həssas olduğunu bildiriblər və gərginliyin artmasının qarşısını almaq üçün yeni vasitələr tapılmasının zəruriliyini vurğulayıblar. Bu məqsədlə iki ölkənin müxtəlif dövlət orqanları arasında birbaşa əlaqələrin yaradılmasının da zəruri olduğu qeyd edilib”.

Ekspertlər bildirirlər ki, rəsmi Yerevanın təşvişə düşməsinin səbəbi Qazaxıstanda yaşayan ermənilərin gələcəyi ilə bağlı narahatlıqdır. Təsadüfi deyil ki, bu ölkədəki erməni diasporu qətlə yetirilən gəncin ailəsinə dəfələrlə başsağlığı verib.Məluma görə keçirilən mitinqdə qazaxlar ölkədəki ermənilərin tez bir zamanda deportasiyasın tələb edirlər.

Загрузка...

Xəbər lenti