Qəddafinin tərcüməçisi ŞOK DETALLARI açıqladı: «Sarkozini prezident edən sənəd…»

Qəddafinin tərcüməçisi ŞOK DETALLARI açıqladı: «Sarkozini prezident edən sənəd…»

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin tərcüməçisi Miftaxı Missurin onun Fransanın sabiq prezidenti Nikolya Sarkozinin seçki kampaniyasını necə maliyyələşdirdiyindən danışıb. Onun sözlərinə görə, 2005-ci ildə Fransanın o vaxtkı daxili işlər naziri Nikolya Sarkozi Liviyaya səfəri zamanı bu barədə Qəddafi ilə söhbət edib.

Publika.az xəbər verir ki, Qəddafinin şəxsi tərçüməsinin sözlərinə görə, N.Sarkozi 2007-ci ildə Fransanın prezidenti olmaq istədiyini və seçimlərdə namizədliyini irəli sürəcəyini deyib. Liviya lideri isə ona cavab olaraq, bu xəbərdən çox şad olduğunu deyib: «Yaxşı olardı ki, Liviyanın dostu və mənim şəxsi münasibətlərimin gözəl olduğu bir nəfər Fransa kimi dövlətin prezidenti olardı».

«M.Qəddafi Sarkozinin seçimləri qazanması üçün müxtəlif üsullarla ona maddi və mənəvi dəstək verib» deyən M.Missurin Sarkozinin seçki qərargahının nümayəndələrinin Liviya məmurlarıyla görüşdüklərini söyləyib. O bildirib ki, görüş zamanı hazırlanan sənəddə belə yazılıbmış:

«Cənab Sarkozinin Fransa prezidentliyinə namizədliyini dəstəkləmək üçün, onun seçkiqabağı kampaniyasına Liviya rəhbərliyindən 50 milyon avro ayırmasını xahiş edirik».

Tərcüməçinin sözlərinə görə, sonradan Liviya rəhbərliyinə təqdim edilən bu sənədin içərisini dəyişməyə cəhd ediblər. Liviya lideri isə göstərilən 50 milyon avronu 20 milyon avroya qədər azaltmağı əmr edib. Missuri deyir ki, Qəddafi dəfələrlə televiziyalarda çıxışı zamanı bu məsələni dilə gətirib:

«Qəddafi bu barədə şəxsən mənə danışanda «20 milyon avronu qurban etdim, amma dəyəcək» demişdi».

Mart ayının 20-də Fransanın sabiq prezidenti Nikolya Sarkozi 2007-ci ildə 2011-ci ildə öldürülən Liviya lideri M.Qəddafinin köməyi ilə seçki kampaniyasının qanunsuz maliyyələşdirməsi haqqında işin yenidən araşdırılması çərçivəsində saxlanılıb.

21 mart tarixində isə M.Qəddafinin oğlunun Sarkozinin seçki kampaniyasının Liviyadan maliyyələşdirildiyi haqqında sənədləri təqdim edərək onu ittiahm etdiyi barəsində məlumat yayılıb.

Загрузка...

Xəbər lenti