Qida Təhlükəsizliyi Agentliyinə yoxlamaq səlahiyyəti verilir

Qida Təhlükəsizliyi Agentliyinə yoxlamaq səlahiyyəti verilir
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətləri artırılıb.

Panorama.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.

Beləliklə, (AQTA) iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirəcək.
Загрузка...

Xəbər lenti