Qonşu ölkədə işıq kəsildi

Qonşu ölkədə işıq kəsildi
Gürcüstanda hava şəraitinin kəskin dəyişməsi ölkənin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb.

APA-nın məlumatına görə, güclü yağış və külək elektrik enerjisi gərginliyinin aşağı düşməsinə səbəb olub. Nəticədə Rustavi şəhərinin elektrik enerjisi ilə təminatı dayandırılıb.

Elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağı hələ məlum deyil. Elektrik enerjisi gərginliyinin azalması Tbilisi metrosunun da fəaliyyətinə təsir edib. Belə ki, metropolitenin Saburtalo xəttinin fəaliyyəti müvəqqəti dayandırılıb. Xətt üzrə metro vaqonlarının hərəkəti artıq bərpa olunub.
Загрузка...

Xəbər lenti