Qorxunc PROQNOZ: Maliyyə böhranı olacaq, pul "öləcək"

Qorxunc PROQNOZ: Maliyyə böhranı olacaq, pul
Amerikalı maliyyəçi və investor Corc Soros Avropanın genişmiqyaslı maliyyə böhranı ilə üz-üzə qala biləcəyini deyib.

Trend-in məlumatına görə, C.Soros mümkün böhran üçün bir neçə səbəb göstərib.

Maliyyəçi bildirib ki, səbəblərdən biri dolların avroya münasibətdə möhkəmlənməsi ola bilər. İnkişaf etməkdə olan bazarlardan kapitalın uzaqlaşması, eləcə də İranın nüvə proqramı ilə bağlı ABŞ-la Avropanın mövqelərinin kəskin fərqlənməsi bu məsələdə rol oynaya bilər.

C.Soros həmçinin inkişaf etməkdə olan ölkələrin milli valyuta məzənnələrinin düşməsini bu hadisələrlə əlaqələndirib.
Загрузка...

Xəbər lenti