Qurban Qurbanov: "Son şansdan istifadə etməyə çalışacağıq"

Qurban Qurbanov:
"Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdı. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransıda deyib.

46 yaşlı mütəxəssis müsbət nəticə əldə etməyə çalışacaqlarını bildirib: "Azarkeşlərimizin bizdən daha artığını gözlədiklərini çox gözəl anlayırıq. Qrupa vəsiqə qazana bilməsək, bu, azarkeşlər önünə çıxmaq baxımından bizə çətin olacaq. Biz hər cür hallara hazırıq. Pis şeylər haqqında düşünmək istəməzdik. Yaxşı nəticə əldə etməyə çalışacağıq".

Qurbanov ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Şerif"lə builki arasında böyük fərqin olduğunu deyib: "Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. İstənilən halda, rəqib yenə bizim üçün təhlükəlidir. Kollektiv, topla daha çox oynamağı sevən komandaya qarşı mübarizə aparacağıq. Həm ötənilki, həm də builki "Şerif" çətin rəqib təsiri bağışlayır".

Baş məqşi bildirib ki, cəzalı Emeqaranın sabahkı matçda olmaması onlar üçün itkidia: "Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq".
 
///Qaynarinfo 
Загрузка...

Xəbər lenti