Qurbanovdan Mahir Mədətova dəstək: O, güclü insandır

Qurbanovdan Mahir Mədətova dəstək: O, güclü insandır

Millimizin futbolçusu Ruslan Qurbanovdan dünən Malta ilə oyunda meydandan çıxarkən fitə basılan Mahir Mədətova dəstək gəlib.

Oxu.Az xəbər verir ki, dağıstanlı legionerimiz hazırda Mədətovun yaşında Azərbaycanda güclü futbolçu olmadığını vurğulayıb:

"O, bu gün çox gözəl oyun keçirdi və qol ötürməsi də verməyi bacardı. Buna baxmayaraq, siz onu əvəz olunduğu zaman fitə basdınız. Unutmayın ki, onun 22 yaşı var və o, bundan sonra da inkişaf etməyə davam edəcək. Əminəm ki, gələcəkdə o, möhtəşəm bir futbolçu olacaq. Nəyə görə onun "Kopenhagen”ə qarşı oyunda vurduğu qolu unutdunuz? O qoldan sonra bütün ölkə Qarabağın futbol tariximizdə yeni səhifə yazdığına sevinirdi. Nə üçün bunu yaddan çıxarmısınız? 

 

Mənə o yaşda Mahirdən güclü bir azərbaycanlı futbolçu adı çəkin! Məncə, beləsi yoxdur! Gəlin, bir-birimizə qarşı daha həssas olaq, çünki biz sizin üçün meydana çıxıb sonadək mübarizə aparırıq və sizi həmişə qələbələrimizlə sevindirmək istəyirik.

Unutmayın ki, bizim üçün bu yolda ən vacibi sizin dəstəyinizdir. Gəlin, hamımız bir anlıq özümüzü Mahirin yerində təsəvvür edək. Mən əminəm ki, çoxları onun yerində olsaydı, çoxdan təslim olardı. Amma o, güclü insandır və sizin dəstəyinizlə daha da güclü olacaq”.

 

Qeyd edək ki, oyundan sonra millimizin baş məşqçisi Qurban Qurbanov Mahir Mədətovun paltardəyişmə otağında ağladığını bildirib.

Загрузка...

Xəbər lenti