Qurbanovun yetirmələri Qırğızıstan millisini darmadağın etdi

Qurbanovun yetirmələri Qırğızıstan millisini darmadağın etdi
Bu gün Bakının "Olimpiya” stadionunda Azərbaycanın futbol üzrə milli komandası Qırğızıstan yığması ilə yoldaşlıq matçı keçirib.

Oxu.Az xəbər verir ki,  oyun Qurban Qurbanovun yetirmələrinin 3:0-lıq  qələbəsi ilə başa çatıb.

Maksim Medvedev 16-cı dəqiqədə hesabı açıb. Künc zərbəsindən ötürülən topu başı ilə uzaq küncə göndərərək baxımlı qola imza atıb. 

75-ci dəqiqədə milli komanda künc zərbəsindən növbəti dəfə qol vurub. Bu dəfə hücumçumuz Mahir Mədətov fərqlənib.

83-cü dəqiqədə Ürfan Abbasov cərimə meydançasında güclü zərbə ilə qapının torunu silkələyib. 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, dörd gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Загрузка...

Xəbər lenti