Ramil Usubov türkiyəli generalla - FOTO

14 Avqust 2018, 17:39
14 Avqust
2018
17:39
154
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Panorama.az-a verilən məlumata görə, əvvəlcə Arif Çetin və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələr arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Daha sonra qonağa müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı problemlər, Ermənistanın silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda kriminogen durum tam nəzarətə götürülüb.
Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitlik, əmin-amanlıq yaradılıb.
Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının Azərbaycana səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Arif Çetin Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.
O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Qəbulda Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiper iştirak edib.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib.
Ordu generalı Arif Çetin respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.
Avqustun 16-dək davam edəcək səfər zamanı dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait, o cümlədən Bakı şəhərində yerləşən "N" saylı hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində isə xüsusi-taktiki təlimi izləyəcək, həmçinin, Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.
Загрузка...
Xəbər lenti
-
11:12110 min azarkeş qarşısında “Traktorsazi” Tehranın “İstiqlal”Ina “son qoydu” – MÖHTƏŞƏM AN – VİDEO
-
11:11Güclü külək, sulu qar olacaq: temperatur 6-8 dərəcə enəcək - Xəbərdarlıq
-
11:06Qaradağlı qətliamı - 27 il
-
11:04İntihar edən ər və arvadın qohumları danışdı
-
23:16Bu maddə yaddaşınızı və qaraciyərinizi normada saxlayacaq!
-
22:54Sürücü avtobusu sərnişinin qucağında idarə etdi - SUMQAYITDA / VİDEO
-
22:43Məişətdə istifadə edilən 5 təhlükəli əşya - Xərçəng əmələ gətirir
-
22:40Sibir loğmanının möcüzəvi resepti – Dərmanlara inanmayanlar üçün
-
22:39“Həyat iksiri”nin hazırlanması – Qədim resept
-
22:37Bu səhvləri çoxumuz edirik - Bu ərzaqları mütləq yuyun
-
22:37Nəyə görə yatmazdan əvvəl 1 qaşıq bal yemək lazımdır? – 5 inanılmaz faydası
-
22:30Xərçəngi ilkin mərhələdə tapılması – İsrail həkimləri 6 əlaməti göstərir
-
22:29Xəbərdarlıq: Fevralın bu tarixində Bakıya qar yağa bilər - AÇIQLAMA
-
22:04Bakıda insanları "zəhərləyən şəxs" tutuldu
-
21:18Universitet binası uçdu, 21 tələbə dağıntılar altında qaldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
20:21Polad Bülbüloğlu: Məsələ Prezidentin nəzarətindədir - VİDEO
-
20:14Gələn həftə hava kəskin soyuyacaq
-
20:12Bu dərmanın satışı qadağan olundu - DİQQƏTLİ OLUN
-
20:11Həbs olunan dünya çempionunun anasından şok açıqlama
-
19:51Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA
-
19:18Azərbaycanda məktəb qəzalı vəziyyətə düşdü, şagirdlər təxliyyə edildi – FOTO
-
19:16Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda
-
19:14Prezident Siyavuş Novruzovla bağlı sərəncam imzaladı
-
18:56Bakı metrosunda QANLI HADİSƏ: qatarda bıçaqlandı - VİDEO
-
18:38Azərbaycanda 5 uşaq atası özünü öldürdü
-
18:35Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
-
14:01Pensiyalar verilməyə başlandı - ARTIM VAR
-
13:55Putini nakauta salan qadın - FOTOLAR
-
13:52Uşaqları olmadığına görə ayrılıb, 1 gün sonra intihar edən cütlüyün ölümünün - TƏFƏRRÜATI
-
10:58Azərbaycanda daha bir medal təsis olunur
-
10:57Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı
-
10:57Çeçenlərlə azərbaycanlılar görüşdülər – VİDEO
-
10:56Azərbaycanlı alimlərdən yeni kəşf: Abşeronda banan, avokado yetişdirmək olar
-
10:55Azərbaycanda DƏHŞƏT: övladı olmayan ər və arvad özlərini asdılar
-
00:11Bürclər: 16 fevral
-
23:53Bakıda dəhşətli hadisə: 36 yaşlı kişi evdə yanaraq ÖLDÜ
-
23:53Ən böyük hərbi büdcəyə malik ölkələr – SİYAHI
-
23:45Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
-
23:33Şəkər xəstəliyinin mətbəxdəki çarəsi - İnanılmazdır
-
23:31Tərxunun bilmədiyiniz 10 FAYDASI
16 Fevral 2019
15 Fevral 2019
Digər xəbərlər
-
SİYASƏT
Bu şəxsləri 2500 manata qədər cərimə gözləyir (SİYAHI)
-
SİYASƏT
Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası ala bilər
-
SİYASƏT
Eldar Əzizov "Tarqovı"dakı məşhur restoranı bağlatdırdı - FOTO
-
SİYASƏT
"Sənə də qalmaz" - ABŞ Senatında Azərbaycanın məşhur mahnısı səsləndi - VİDEO
-
SİYASƏT
İlham Əliyevdən YENİ TƏYİNAT
-
SİYASƏT
Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
-
SİYASƏT
Aqil Abbas: Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz - MÜSAHİBƏ
-
SİYASƏT, Manşet
Prezident zəlzələ ilə bağlı TAPŞIRIQ VERDİ
-
SİYASƏT
Prezidentin yeni təyin etdiyi başçı kimdir?