Rauf Arifoğlu telekanalı tənqid etdi - Xan sarayından verlişə görə

Rauf Arifoğlu telekanalı tənqid etdi - Xan sarayından verlişə görə
"CBC" telekanalının Şəki Xan sarayından hazırladığı verilişin bu gün yayımlanması etirazla qarşılanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu feysbuk hesabında paylaşım edib.

O, verilişin hadisənin baş verdiyi ərəfədə yayımlanmasının ikrah hissi doğurduğunu bildirib:

"Şəkidə, məhz bu yerdə fəlakət baş verib, 19 yaralı, ölən var, bizim CBC tv Xan Sarayının faciə nöqtəsindən 13 iyulda hazırladığı verilişi indi efirə buraxır. Görürsən, ölüm -itim, faciə var, vermə də bunu. Gərək mütləq ikrah yaradasan? Oturub, inkişafından danışdığınız milli turizmin üstünə dünən ağac düşüb. Həm də şəkildə gördüyünüz düz o nöqtədə".

loading...

Xəbər lenti